Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 12:40:21
Pedaqoji Universitetdə 8200-dən çox tələbə imtahan verir

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yay imtahan sessiyası iyun ayının 1-dən start götürüb.


ADPU-nun mətbuat katibi Cavid Hüseynov AzEdu.az-a bildirib ki, imtahanlar iyul ayının 5-dək davam edəcək. İmtahanlarda ümumilikdə 8255 tələbə və magistrant iştirak edəcək.


İmtahanlarla bağlı yarana biləcək müraciətlərin operativ qaydada araşdırılması və cavablandırılması məqsədi ilə ADPU-da Apelyasiya Komissiyası və İmtahan Qərargahı yay imtahan sessiyası bitənə qədər fəaliyyət göstərəcək. Prosesin şəffaflığının təmin edilməsi üçün tələbələrdən ibarət monitorinq qrupu müntəzəm olaraq imtahanların gedişini izləyir. Bundan əlavə, media, valideynlər və ictimaiyyət nümayəndələri də prosesi izləyə bilərlər.

Pedaqoji Universitetdə bakalavriat səviyyəsində Buraxılış Yekun Dövlət Attestasiyalarının 19-30 iyun tarixlərində, magistratura səviyyəsində isə Yekun Attestasiyaların 12-30 iyun tarixlərində keçirilməsi planlaşdırılır.