Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-04 09:15:00
Şagirdlər üçün ev tapşırıqları ləğv edilməlidir - Vitse-spiker

Rusiya Dövlət Dumasının “Yeni adamlar” partiyasından olan vitse-spikeri Vladislav Davankov hesab edir ki, məktəblilər üçün ev tapşırıqlarını ləğv edən qanunun hazırlanmasının vaxtı çatıb.

AzEedu.az saytı xəbər verir ki. bu barədə RİA Novosti-nin məlumatında bildirilib. 

“Oğlum deputat olduğumu biləndə dərhal məndən ev tapşırığını ləğv edən qanun yazmağımı istədi. Bu gün Moskvanın valideynləri ilə görüşdə anladım ki, vaxt gəlib çatıb”, - deyən Davankovun sözlərini partiyanın mətbuat xidməti sitat gətirib.

Deputat qeyd  edib ki, Moskva Təhsil və Elm Departamenti ilə növbəti görüşdə ev tapşırıqlarının ləğvi məsələsini müzakirə edəcək.

“Bu, qlobal təcrübədir. Əminəm ki, uşaqların və müəllimlərin yükünün azaldılması hamıya xeyir verəcək”.

Davankov həmçinin hesab edir ki, məktəblilərə gələcəyin texnologiyaları ilə işləməyi öyrətmək lazımdır.

Bundan əlavə, Dövlət Dumasının sədr müavini hesab edir ki, hər bir məktəbdə tam ştatlı tibb bacısı olmalıdır.