Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-01 12:37:00
Türkiyədə təhsilə cəlb olunma səviyyəsi 99 faizə çatıb    

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Türkiyənin son 20 ildəki təhsil islahatlarının keyfiyyət və əlçatanlıq baxımından hərtərəfli qiymətləndirildiyi hesabatına görə, 5-14 yaş qrupu üçün məktəbə getmə nisbətləri OECD orta göstəricilərini keçib.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin 20 ildə təhsil sistemində atdığı addımlar OECD-nin əhatəli hesabatında dəyərləndirilib.

 

“Türkiyədə Əlçatanlıq və Keyfiyyət üçün Təhsil İslahatlarının Hesablanması” adlı hesabat OECD-nin https://www.oecd-ilibrary.org/education/taking-stock-of-education-reforms-for-access-and - quality-in-turkiye_5ea7657e-en saytında dərc olunub.

 

Hesabatda qiymətləndirmələr “təhsildə iştirak”, “təhsildə bərabər imkanlar”, “təhsil sisteminin keyfiyyəti və fəaliyyəti” başlıqları altında toplanıb.

 

Hesabatın son hissəsində Türkiyənin araşdırılan bütün sahələrdə əhəmiyyətli uğurlar əldə etdiyinə və performansını böyük ölçüdə artırdığına diqqət çəkilərək, təkmilləşdirmənin davam etdirilməsi üçün təkliflər irəli sürülüb.

 


Hesabatda 2014-cü ildən bəri Türkiyədə 3-5 yaşlı uşaqların məktəbə getmə nisbətlərinin artdığı vurğulanıb. Bu nisbətləri artırmaq üçün Milli Təhsil Nazirliyinin (MEB) 2022-ci ildə başlatdığı Erkən Uşaqlıq Təhsili Kampaniyası çərçivəsində yaradılan 6 min yeni uşaq bağçası tutumunun töhfəsi qeyd edilib.


Türkiyənin son 10 ildə 25-34 yaşlı yetkinlərin təhsilə iştirakını ən çox artıran ölkə olduğu bildirilən hesabatda bu artım orta və ali məktəblərdə təhsilə iştirakın artmasının nəticəsi kimi qiymətləndirilib.



Nazir Mahmud Özer bildirib ki, məktəbdə təhsil nisbətlərini artırmaq üçün qurulan erkən xəbərdarlıq və təqib sistemi ilə bir şagirdin belə sistemdən kənarda qalmaması üçün böyük səy göstəriblər.

“Biz hədəfimizi aşdıq. Orta təhsildə şagirdlərin iştirakı 95 faizdən 99 faizə çatmışdır. Təhsilin bütün pillələri üzrə şagird qəbulu 99 faizdir. Bizim məktəbəqədər təhsil əmsalı 99,9 faiz, ibtidai sinifdə 99,5 faiz, orta və ali orta təhsildə 99,1 faizə çatmışdır", - deyə o bildirib.