İştirakçılar DİM-in internet saytında “Şəxsi kabinet" (//ekabinet.dim.gov.az) yaratmalı (Şəxsi kabineti olmayanlar) və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.
Xatırladaq ki, xarici dillər üzrə qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2023-cü il iyunun 11-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-dan etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.