Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-30 11:55:00
Hər iki məktəbdən biri yeniyetmələrin zorakı davranışı ilə üzləşib

Action Education qrupunun keçirdiyi sorğunun nəticələrinə görə, Rusiyada hər iki məktəbdən biri yeniyetmələrin sinif yoldaşlarına və bəzən də öz müəllimlərinə qarşı zorakı davranışının şahidi olub.

AzEdu.az saytının verdiyi məlumata görə, sorğu məktəb işçiləri - müəllimlər, direktorlar və onların müavinləri arasında keçirilib. Rəyi soruşulanlardan 28,5%-i məktəblərində yeniyetmə zorakılığına məruz qalmadıqlarını bildirib.

Respondentlər ən çox orta məktəb şagirdləri (82%) arasında aqressiv davranışları müşahidə ediblər. Müəllimlər yeniyetmələrin aqressiyasının əsas səbəbi kimi ailə problemlərini (75%), kompüter oyunlarının (59%) və ya pis yoldaşların təsirini (43%), sinif yoldaşlarının zorakılığını (36%) qeyd ediblər.

Bu cür davranışlarla mübarizə aparmağın ən geniş yayılmış yolu valideynləri məktəbə çağırmaq (93%) və məktəb psixoloqunu cəlb etməkdir (88,8%). Eyni zamanda, yalnız 48% faiz bu tədbirlərdən sonra zorakı davranışını dayandığını təsdiq edib.