Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-26 12:43:00
Uşaqlara hərbi hadisələri necə izah etmək olar...

AzEdu.az xarici KİV-ə istinadən "Müharibə və uşaqlar" mövzusundakı tövsiyəni təqdim edir.

5 yaşa qədər uşaqlara

Həyatınız dəyişikliklər tələb etmirsə, bu yaşda olan uşaqlara hərbi vəziyyət, döyüş səhnələri barədə heç nə deməyə ehtiyac yoxdur. Çünki onlar sizin danışmağa hazırlaşdığınız hadisələri dərk edəcək qədər yetkinləşməyiblər. Körpəyə bir şey izah etmək cəhdləri valideynlərin narahatlığının və nə baş verdiyini anlatmaq istəyinin nəticəsidir. Amma 5-6 yaşa qədər uşaqlar bu işdə yardım edə bilməyəcək.

5-10 yaş uşaqlara

Hadisələr çox sadə, təfərrüatlara varmadan izah edilməlidir. Bütün uşaqlar birbaşa onlara aid olmayan şeylərə maraq göstərmir, lakin bəziləri istisna ola bilər. Uşağa öz narahatlıqlarınızı bildirməyin: o danışmaqdan imtina edərsə və ya baş verənlərdən narahat deyilsə, uşağın mövqeyini qəbul edin.

5-10 yaşlı bir uşaqla döyüş səhnələrini müzakirə edərkən məsələnin etik tərəfinə diqqət yetirməyi unutmayın. Xüsusilə vurğulamaq lazımdır ki, müharibə kompüter oyunu deyil, orada real insanlar ölür, bu böyük faciədir. Buna görə də, belə mövzuda heç bir zarafat qəbuledilməzdir, insanlar öz yaxınlarına kömək etməli və sülhü qorumaq üçün hər şeyi etməlidirlər. 5-10 yaş bir çox cəhətdən etik normaların əsasını qoyur. Bu yaşda olan uşaqlarla mərhəmət, insan həyatının dəyəri haqqında danışmaq, başqalarına kömək etməyi öyrətmək lazımdır.

10-11 yaş uşaqlar

Siz artıq bu yaşda olan uşaqlara münaqişəyə, müharibəyə baxışınızı izah edə bilərsiniz, çünki bu uşaqlar artıq baş verənlərə fəal maraq göstərir. Münaqişənin baş vermə səbəblərini ümumi şəkildə danışmağa çalışın. Sizin nəzər nöqtənizin istisna olmadığını izah etməniz vacibdir. Belə olan halda uşaq fərqli bir fikirlə qarşılaşacaq.

Uşaqlara fərqli düşünənlərə qarşı aqressiv olmamağı öyrədin.