AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
Bu gün AzEdu.az və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə ADNSU-da təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. Tədbirdə AzEdu.az təhsil portalının icraçı direktoru Tünzalə Abbasova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin KİV və sosial media ilə iş sektorunun müdiri Elnur Hadıyev və həmin statusa layiq görülmüş tələbələr iştirak edib.
Tədbir Lətafət Qardaşovanın açılış nitqi ilə başlayıb. Daha sonra çıxış edən Tünzalə Abbasova tələbələri təbrik edib və onlara təhsil həyatlarında nailiyyətlər arzulayıb.
Görüş zamanı tələbələrlə uğurun sirrləri müzakirə edilib. Daha sonra onlara təltifnamələri təqdim olunub və sonda xatirə şəkli çəkilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:
Abdullayev Cavanşir İkram - Kimya Texnologiyaları Fakültəsi
İsmayılova Ləman Zabit qızı - Kimya Texnologiyaları Fakültəsi
Tağıyeva Gülüstan Feyruz qızı - Kimya Texnologiyaları Fakültəsi
Heydərov Kamran Vasif oğlu - Kimya Texnologiyaları Fakültəsi
Cəfərov Kamil Əlizamin oğlu - Geoloji Kəşfiyyat Fakültəsi
Bakıxanova Zəhra Zahid qızı - Geoloji Kəşfiyyat Fakültəsi
Qəmbərova Ayşən Elçin qızı - Geoloji Kəşfiyyat Fakültəsi
Məmmədova Lalə Şahin qızı - Geoloji Kəşfiyyat Fakültəsi
Mirzəyeva Nərmin Ramil qızı - BA Proqramları-Sənaye mühəndisliyi
Şükürlü Əli Anar oğlu - BA Proqramları - Sənaye Mühəndisliyi
Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.
Azərbaycanın 23 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.
kitabı







