Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 17:14:59
Müəllim şagirdə böhtan atıb 

158 nömrəli tam orta məktəbin müəllimi şagirdə böhtan atıb.

 

AzEdu.az xəbər verir ki, Bakı şəhəri 158 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 25.05.2023-cü il tarixində Xç sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) valideyni məktəbə gələrək bildirib ki, Azərbaycan dili və ədəbiyyat müəllimi Səhər Əhmədova onların evinə zəng edərək övladının ünvanına böhtan atıb.

 

Məsələ ilə bağlı müəllim və valideynlə görüş zamanı onlar arasında insident yaşanıb. Müəllimlə söhbət aparılıb, o izahat verməkdən imtina edib. Məktəb rəhbərliyi tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparıldıqdan sonra qanunauyğun tədbirlər görüləcək.

 

Qeyd edək ki, həmin şagird idmanla məşğul olur və zərərli vərdişlərlə əlaqəsi yoxdur.