Azedu.az

Sertifikasiya imtahanını öncə bu müəllimlər verəcək - ARDICILLIQ

Təhsil Nazirliyi

18 May 2023, 13:45
Sertifikasiya imtahanını öncə bu müəllimlər verəcək - ARDICILLIQ

Mayın 18-də təhsilverənlərin sertifikatlaşdırılması  prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib. 


Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Belə ki, 20-23 iyun tarixlərində ibtidai sinif, 24 iyunda isə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən təhsilverənlər sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaqlar.

 

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər. 

 

Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üçün hazırlanmış təlimat videosuna keçidə daxil olaraq baxa bilərsiniz: 

//youtu.be/lpLKFasQtm4

 

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox