Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 16:39:00
Nazir təhsili olmayan bağça müəllimlərindən də DANIŞDI

Bir il bütün bağçalar üzrə həm uşaqlar, həm də müəllimlər üzrə məlumatları sistemə yükləmişik.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib. 

 
Onun sözlərinə görə, 12045 nəfər tərbiyəçi müəllimdən 49 faizinin (5881 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur.

Həmin şəxslər sənədlərini təqdim etdikləri təqdirdə onlara müvafiq vahid tarif cədvəlinə uyğun əməkhaqqı ödənişi ediləcək.


Nazir deyib ki, hələ ki həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməsi planlaşdırılmır:

"Bu müəllimlərin işdən çıxarılması və əmək müqavilələrinə xitam verilməsi müzakirə edilən məsələ deyil. Əsas məsələ bu istiqamətdə daha səmərəli şəkildə necə irəliyə getməkdir. Hansı müəllimlərin ki, sənədi varsa və bizdə yoxdursa, onlar sənədlərini bizə təqdim edirlər. Burada əsas məsələ əməkhaqqı məsələsidir. Niyyətimiz kiminsə maaşını kəsmək deyil, sadəcə sistem avtomatik olduğundan müəllimin orta təhsili varsa, ona buna uyğun əməkhaqqı verilir".