Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 04:18:00
10 tibb ixtisası üzrə təhsil müddəti azaldıl

Rusiya Səhiyyə Nazirliyi 2023-cü tədris ilindən 10 tibb ixtisası üzrə təhsil müddətlərinin azaldılacağını bildirib.

AzEdu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, dəyişikliklər yeni hazırlanan layihədə öz əksini tapıb. 

Səkkiz tibb ixtisas üzrə təhsil müddəti bir il, iki (tibbi masaj və mamalıq) ixtisas üzrə isə dörd ay qısaldılacaq.

Bundan əlavə, yeni qanuna əsasən, məktəblilər təkcə 11-ci sinifdən deyil, 9-cu sinifdən sonra da tibb üzrə təhsilə qəbul olmaq imkanı əldə edəcəklər.

Səhiyyə Nazirliyi hesab edir ki, yeniliklər “orta ixtisas təhsilinin keyfiyyətini yüksəldəcək və tibb müəssisələrinin gənc kadrlarla təminatını sürətləndirəcək”.