Azedu.az

Emin Əmrullayev vətəndaşları qəbul edəcək

15 May 2023, 17:55
Emin Əmrullayev vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev mayın 26-da İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, qəbulda İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarının sakinləri iştirak edə bilərlər.

 

Həmin rayonların sakinləri mayın 19-u saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

 

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox