Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, universitetin əməkdaşları görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın böyük oğlu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.