Azedu.az

Restoranda 18 yaşlı gənc bıçaqlanıb

Ali təhsil

27 Aprel 2023, 09:50
Restoranda 18 yaşlı gənc bıçaqlanıb

Bakıda restoranda 18 yaşlı şəxs bıçaqlanıb.

 

AzEdu.az xəbər verir ki, hadisə aprelin 26-sı saat 23 radələrində Binəqədi rayonu, Binəqədi şosesində yerləşən "Vhite Palace" ("White Palace") restoranında qeydə alınıb.

 

Belə ki, spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü Salmanov Polad Vüqar oğlu 2005-ci il təvəllüdlü Hüseynov Xəyal Səbuhi oğluna sol döş qəfəsinə daxilə nüfuz edən və sol qoluna daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirərək restorandan qaçıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində P.Salmanov saxlanılaraq polisə təhvil verilib.

 

Hazırda Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox