Azedu.az

UNEC tələbələrə müraciət etdi: əsas binada təhsil distant olacaq!

Ali təhsil

20 Aprel 2023, 15:12
UNEC tələbələrə müraciət etdi: əsas binada təhsil distant olacaq!

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinə müraciət edib.

AzEdu.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin 28-30 aprel tarixlərində baş tutacaq 2023-cü il Formula 1 Azərbaycan Qran Prisi zamanı nəqliyyatın hərəkəti ilə bağlı mətbuata açıqlaması nəzərə alınaraq, UNEC-in əsas tədris binasında təhsil alan Maliyyə və mühasibat, Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH Mərkəzi və UNEC Biznes Məktəbinin tələbələrinin dərsləri 25 aprel-1 may tarixinədək distant formada təşkil olunacaq.

Distant dərslərə qoşulma qaydaları ilə bağlı müvafiq təlimat tələbə və müəllimlərin şəxsi kabinetlərinə göndərilib”.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox