Azedu.az

BMU əməkdaşları və tələbələr üçün göz müayinəsi təşkil olunub

Ali təhsil

13 Aprel 2023, 16:10
BMU əməkdaşları və tələbələr üçün göz müayinəsi təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) universitetin əməkdaşları, müəllim-tələbə heyəti üçün “Batıgöz Azərbaycan” klinikası tərəfindən ödənişsiz göz müayinəsi həyata keçirilib.

 

AzEdu.az xəbər verir ki, klinikanın həkim-oftalmoloqları sosial aksiyada iştirak edənləri göz sağlamlığı sahəsində qabaqcıl texnologiyalarla müayinə ediblər. Onlara zəruri tövsiyələr verilməklə yanaşı, ehtiyac yarandığı halda müalicə tədbirləri müəyyənləşdirilib.

 

Tədris prosesindən ayrılmadan mobil klinikada yüksək səviyyədə tibbi müayinə imkanları əldə edən müəllim-tələbə heyəti sözügedən aksiyanın təşkilindən razılıqlarını ifadə ediblər.

 

Qeyd edək ki, 3 gün davam edən (10-12 aprel) göz sağlamlığı üzrə aparılan müayinələrdə ümumilikdə 600-dən çox şəxs iştirak edib.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox