Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-07 11:32:00
Memarlıq və İnşaat Universiteti hansı ölkələrlə ikili diplom verir? 

Bir çox tələbəni maraqlandıran mövzulardan biri ikili diplom məsələsidir. Ölkəmizdə hansı universitetlərdə ikili diplom programı mövcuddur?


Layihəmizin növbəti araşdırma yazısı Azərbaycan Memarlıq və İnşaat Universitetinin ikili diplom proqramları haqqındadır.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev AzEdu.az-a bu barədə məlumat verib.


O bildirib ki, AzMİU ölkənin beynəlxalq əməkdaşlığı ən güclü olan universitetlərindən biridir. Bu, özünü həm tərəfdaş universitetlərin siyahısına görə, həm də ikili idiplom proqramları ilə göstərir.

AzMİU beynəlxalq ikili diplom proqramlarının tətbiqi ilə tədris sistemini dünyanın qabaqcıl ali təhsil müəssisələrinin proqramlarına uyğun təşkil etmək üçün bir sıra qabaqcıl universitetlərlə müqavilələri imzalayıb. Bu müqavilələr üzrə artıq mübadilə yolu ilə tələbələrin təhsil alma prosesi bir neçə ildir ki davam edir.

 

N.Abdullayev bildirib ki, AzMİU-nun hazırda həm bakalavr, həm də magistr təhsil pillələri üzrə ikili diplom proqramları mövcuddur:

 

"Bakalavr akademik səviyyəsində inşaat mühəndisliyi ixtisası üzrə Türkiyənin İstanbul Texnik Universitetində və dizaynerlik ixtisası üzrə İtaliyanın Milan Politexnik Universiteti ilə əməkdaşlıq edir. Magistr təhsil pilləsi səviyyəsində memarlıq ixtisası üzrə İtaliyanın Milan Politexnik Universiteti ilə ikili diplom proqramımız mövcuddur. Bunlardan əlavə, digər ixtisaslar üzrə də Portuqaliyanın Leiria Politexnik Universiteti, İspaniyanın Coruna Universiteti ilə ikili diplom müqavilələrimiz var. Təbii ki, tələbələrimiz də bu proqramlar üzrə təhsil alırlar və bitirdikdən sonra hər iki universitetin diplomunu əldə edirlər. Bu da bizim mütəxəssislərimizə daha geniş karyera imkanı, daha qabaqcıl təcrübə mənimsəmək və məlumat əldə etmək imkanı yaradır. Məlumat üçün qeyd edim ki, ikili diplom proqramında tələbələr təhsil müddətinin yarısını bir universitetdə, qalan yarısını isə digər universitetdə oxuyurlar".