Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-04 11:31:37
“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi başlayır

Aprelin 4-dən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi başlayır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil edilən müsabiqənin ölkə mərhələsi aprelin 12-dək Bakı şəhərində keçiriləcək. 

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bu barədə məlumat verilib.

  

Bildirilib ki, iki mərhələdə keçirilən müsabiqənin rayon (şəhər) turunda ölkə üzrə bütün ümumi təhsil müəssisələrindən 5733 şagird iştirak edib və onlardan 88 nəfəri ölkə mərhələsinə seçilib. 

  

Ölkə mərhələsinin qaliblərinə diplom və təşkilatçılar tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq. 

  

Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.