Azedu.az

Bu abituriyentlər ixtisas seçimində yalnız bir yer yaza bilər – RƏSMİ

Orta təhsil

Kolleclər

Ali təhsil

Maraqlı

Araşdırma

Qəbul imtahanları

Təhsil Nazirliyi

Dövlət İmtahan Mərkəzi

Tələbələr

Təhsil hüququ və qanunvericilik

31 Mart 2023, 15:46
Bu abituriyentlər ixtisas seçimində yalnız bir yer yaza bilər – RƏSMİ

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən, abituriyentlərin yerləşdirilməsi onların seçdikləri ixtisasların ardıcıllığına uyğun olaraq, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilirlər.

 

AzEdu.az xəbər verir ki, xüsusi təyinatlı akademiyalara qəbul olunan abituriyentlərin isə digər universitetlərə müraciət hüququ olmur.

 

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə müsabiqədə iştirak edirlər. Abituriyent  xüsusi təyinatlı ali təhsil müəssisəsinin yalnız bir ixtisası üzrə müsabiqədə iştirak edə bilər. 

 

Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.

 

 

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox