Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-30 15:22:31
AzTU-nun məzunu, şəhid Elçin Əzizovun doğum günüdür

30 mart tarixi Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, baş leytenant, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Elçin Əzizovun doğum günüdür.

AzEdu.az xəbər verir ki, Elçin Əvəz oğlu Əzizov 1985-ci il martın 30-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. O, 2002-2006-cı illərdə AzTU-da təhsil alıb. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.


Hərbi Xidmətdən sonra Dövlət Sərhəd Xidmətində fəaliyyətə başlayıb.


Elçin Əzizov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. O, 2020-ci il oktyabrın 13-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.


Elçin Əzizov II Fəxri xiyabanda dəfn olunub.



Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Elçin Əzizov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.



Allah bütün şəhidlərimizə rəhmət eləsin!