Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 15:05:00
Sertifikasiyadan kəsilən müəllimlərə 1 il vaxt verilmişdi - Təhsil İnstitutu

Sertifikasiyada iştirak etmiş və uğur qazanmamış müəllimlər üçün müəyyən olunmuş regionlarda ixtisasartırma təlimləri təşkil olunacaq.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov media brifinqi zamanı deyib

 

“22% müəllim sertifikasiya imtahanlarının ilkin mərhələsində uğur qazana bilməyib. Həmin müəllimlərin iş yeri 1 il müddətinə saxlanılmaqla onlara yenidən sertifikasiyada iştirak hüququ verilib. Keçən il uğurlu olmayan ibtidai sinif müəllimləri bu il sertifikasiyada iştirak edəcəklər.  

 

Peşə bacarıqlarının artırılması və onların təkrar sertifikasiyaya hazırlaşmasına dəstək məqsədilə Təhsil İnstitutu tərəfindən silsilə tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin ən əsası aprel ayının 1-dən başlayacaq. Təqribən 2742 müəllimə 3 ay müddətindəı aprel ayının 1-dən etibarən intensiv təlimlər keçiriləcək”.