Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-27 14:45:00
MİQ imtahanlarına qeyri-pedaqoji ixtisaslılar da  buraxılacaq - Rəsmi 

Nazirlər Kabineti 2020-ci ildən bir sıra qeyri-pedaqoji ixtisaslara malik şəxslərə müəllim işləmək imkanı yaradıb. Belə ki, pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edə bilərlər.  Müsabiqənin nəticəsinə əsasən, işə qəbul olunmuş pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri Nazirlik tərəfindən müəyyən edilir və bu barədə Nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilir. Təlim kurslarını başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən edilən sertifikat verilir.


Maraqlıdır, builki müəllimlərin işə qəbul (MİQ) imtahanlarında pedaqoji təhsilə malik olmayan hansı ixtisas sahiblərinə imkan yaradılacaq?
 

AzEdu.az saytının sözügedən mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə ünvanladığı sorğuya belə cavab verilib:
 

- “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən, hər il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı Elm və Təhsil Nazirliyi tərəfindən elan edilir.  

 
“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” ilə buradan tanış ola bilərsiniz.