Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-27 13:48:00
Yaddaşı möhkəmləndirən və zehni fəaliyyəti artıran 4 ƏRZAQ

Beyinin normal fəaliyyəti, sağlam qalması, yeni hüceyələr yaratması və stresslə mübarizə aparması üçün bir sıra maddələrə ehtiyacı var. Bu orqan sağlam deyilsə, bədənin digər üzvləri də lazımi səviyyədə fəaliyyət göstərməyəcək. Elə buna görə də mütəxəssislər mərkəzi sinir sisteminin fəaliyyətini yüksəldən komponentlərin gündəlik ərzaq rasionuna əlavə olunmasını məsləhət görürlər.

AzEdu.az xəbər verir ki, "The Health Site" saytı bu məhsullar barədə məlumat yayıb.

Qeyd etmək lazımdır ki, bu məhsulların hamısı gündəlik həyatda, mətbəximizdə istifadə olunur. Amma biz bu məhsulların beynimiz üçün nə qədər faydalı olduğundan bəlkə də xəbərsizik. Zehni fəaliyyətlə məşğul olan insanlar beyinlərinin fəaliyyətini yüksəltmək üçün mütəxəssislərə müraciər edir, bahalı, çox zaman istənilən nəticəni verməyən müalicə üsullarına əl atırlar. Hələ tələbə olmağa hazırlaşan abituriyentlər və onların valideynlərini demirik. Onlar uşaqlarının zehni yorğunluqlarını aradan qaldırmaq üçün hansı üsullardan istifadə etməyiblər?

Gəlin indi də əlimizin altında olan və normasında istifadə edildiyi zaman heç bir ziyan verməyən təbii ərzaqlardan istifadə edək. Faydasını mütləq görəcəksiniz.

Qoz

Qoz qabığının faydaları  hekimtap.az

Yemək zamanı qozdan istifadə etmək beyinin yüksək dərəcədə aktivliyini təmin edir, dərketməni gücləndirir. Onun tərkibində beyinin fəaliyyətini stimullaşdıran Vitamin E, mis və marqnezium  var.

Soya

null

Polifenolun çatışmazlığının yaddaşın zəifləməsinə gətirib çıxardığı çoxdan məlumdur. Soya fəslindən olan bitkilər  izoflavon adlanan polifenol birləşmələri ilə zəngindir. Bu kimyəvi tərkib antioksidant kimi fəaliyyət göstərərək beyin toxumalarını oksidləşmədən qoruyur.


Balqabaq toxumu

 

Bizim məişətimizdə geniş yayılan balqabaq toxumu beynin sağlamlığının qorunmasında əvəzsiz dərəcədə faydalıdır. Onun tərkibində yaddaşı möhkəmləndirən və düşünmə qabiliyyətini artıran  sink maddəsi var.

Giləmeyvə

Oxu.az - İmmunitetinizi gücləndirəcək üç giləmeyvə

Giləmeyvələr tərkibi antiaksidant olan və beyin toxumalarını qocalma nəticəsində yaranan dağılma prosesindən  qoruyan flavonoidlərlə zəngindir.