Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 09:50:33
Müəllimlərin maaşı yenə artımla VERİLMƏDİ

Məlum olduğu kimi, büdcədən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən 10 faiz artırılıb.


Lakin müəllimlər fevral ayının  maaşını artımsız aldılar. O zaman təhsil işçilərinə vəd olunmuşdu ki, müəllimlər fevral və mart aylarının artımını bir yerdə alacaqlar.

Dünəndən etibarən ölkə üzrə bəzi regionlarda müəllimlərin maaşı öz hesablarına köçürülür və proses bu həftə davam edəcək.

 

Təhsil işçilərinin AzEdu.az –a bildirdiyinə görə, bu dəfə də əməkhaqlarında artım olmayıb. Yəni maaşlar hesaba artımla köçməyib.

 

Rəsmi qurumlar isə yenə əmin ediblər ki, müəllimlər bir qədər də gözləməlidirlər, belə ki, maaşlara ediləcək artımların növbəti ayda  - apreldə verilməsi nəzərdə tutulur. Aprelin maaşı əvvəlki üç ayın artımları ilə birlikdə veriləcək.