Azedu.az

Bu abituriyentlərin imtahan balı nəzərə alınmayacaq - DİM

Universitetlər

Dövlət İmtahan Mərkəzi

17 Mart 2023, 09:26
Bu abituriyentlərin imtahan balı nəzərə alınmayacaq - DİM

Sosial şəbəkələrdə bəzi abituriyentlər onları narahat edən bir məsələni ictimai müzakirəyə çıxarıblar.  Bildiriblər ki, buraxılış imtahanlarda vaxt çatmadığı üçün bəzi tapşırıqların cavabını yalnız sual kitabçasına qeyd ediblər.

 

Bəs tapşırıqların cavabı yalnız sual kitapçasında olan abituriyentlərin balı necə hesablanacaq?

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, imtahan nəticələri hesablanarkən şagirdin yalnız hüquqi sənəd olan cavab vərəqinə qeyd etdiyi cavablar nəzərə alınır.

 

Qeyd edək ki, DİM tərəfindən 5 və 12 mart tarixində keçirilən buraxılış imtahanlarının nəticələri 1 ay ərzində elan olunması nəzərdə tutulur.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox