Azedu.az

Böyük Britaniya və Şimali İrlandiya Krallığının səfiri UNEC-də olub

Ali təhsil

16 Mart 2023, 13:20
Böyük Britaniya və Şimali İrlandiya Krallığının səfiri UNEC-də olub

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld UNEC-də olub.

 

AzEdu.az xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradovla görüşdə səfirə universitet barədə ətraflı məlumat verilib.

 

Britaniya Krallığının “Creative Spark” layihəsi çərçivəsində universitetdə həyata keçirilən tədbirlər, eləcə də UNEC-in Britaniya Krallığı universitetləri ilə əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparılıb. UNEC-lə səfirliyin birgə təşkilatçılığı ilə “İngilis Dilinin Tədrisi üzrə Beynəlxalq Forum”un (English Teaching İnternational Forum) keçirilməsi haqqında tərəflər arasında ilkin razılıq əldə olunub.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox