Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 10:39:18
Nazir ali məktəblərə qəbul qaydalarının dəyişilməsini İSTƏDİ

Ali təhsil müəssisələrə qəbul sistemində problem var, ona görə də qəbul qaydalarında müəyyən dəyişiklik edilməsinə ehtiyac duyulur.


AzEdu.az
xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.


E.Əmrullayev bildirib ki, qəbul qaydalarındakı problemlərdən biri ixtisas seçimidir. Hazırkı qəbul sistemi şaquli qəbul sistemidir.

“Mahiyyət etibarı ilə abituriyent ixtisasları ardıcıl olaraq seçir. Nəticədə abituriyent biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gedib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyent belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur. Son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir”, - deyə nazir qeyd edib.

O bildirib ki, bu gün abituriyentlər ixtisas seçimini bazara görə yox, özündən əvvəlki abituriyentin seçiminə görə edir:

“Qəbul bu gün hələ də statistik ölçmələrlə aparılmır”, - deyə o əlavə edib.