Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-10 14:59:00
Xarici dil öyrənənlər üçün vacib- Bu METODLARI sınayın

"Listening"  xarici dil öyrənənlər üçün söz bazasını inkişaf etdirməkdə və sözləri düzgün şəkildə tələffüz etməkdə  xüsusi rola malikdir

 

AzEdu.az  Listening inkişaf etdirmənin yollarını sizə təqdim edir:

 

Dil səviyyənizi düzgün seçin- "Listening" zamanı  əgər dinləmə mətni sizin səviyyənizə uyğun deyilsə, başqa bir mətn tapın. Çünki səviyyənizdən fərqli bir mətn ilə dinləmə etsəniz, oradakı sözləri anlamaqda çətinlik çəkəcəksiniz.

 

 Sistemli  olaraq  Listening-lə məşğul olun- Bir neçə ay ərzində siz planlı şəkildə podcast - radio dinləmələr,  sənədli film izləyib, dinləsəniz inkişafınızı siz də fərq edəcəksiniz.

 

Mövzu seçimini düzgün edin- Sevmədiyiniz mövzular ətrafında dinləmələrə özünüzü məcbur etməyin. Marağınıza uyğun olan məlumatlara qulaq asın.

 

Deyilənləri təkrar edin - Bu halda tətbiq etdiyimiz metod passiv listening yox, aktiv listening olacaqdır ki, bu da həm beynimizin dinləmə, düşünmə mövzusunda çalışmasına səbəb olacaq, həm də sadəcə dinləmə qabiliyyətimizi deyil, eyni zamanda danışıq qabiliyyətimizi də inkişaf etdirəcəkdir. 

 

Altyazılı filmlər izləməyin –  Siz filmi altyazı ilə izlədikdə beyniniz filmə deyil də altyazıya fokuslanır. Nəticədə isə heç  bir inkişaf olmur.

 

Son olaraq qeyd edək ki, listening qabiliyyətinizi inkişaj etdirmək üçün  bu youtube kanallarından istifadə edə bilərsiniz :

 

Luke’s English Podcast

 

BBC Podcast

 

British Council- Learn English proqramı

 

Ted Talks