Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 12:42:00
DİM dünənki imtahanla bağlı etiraza cavab verdi: 83 №li test tapşırığı...

5 mart tarixində keçirilmiş buraxılış imtahanında riyyaziyyat fənni üzrə 83 №li test tapşırığının yanlış olduğuna dair müzakirlərin ardı-arası kəsilmir.

 

Məsələ ilə bağlı Dövlət İmtahan Mərlkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, 5 mart tarixli buraxılış imtahanının riyaziyyat fənnindən bütün variantlar üzrə sual kitabçalarında 83 №li test tapşırığı ilə bağlı daxil olan müraciətlər müvafiq fənnin ekspertləri tərəfindən araşdırılıb.

 

"Bununla əlaqədar olaraq bildiririk ki, şagirdlərə təqdim olunan yazılı cavab tələb edən açıq tipli bu tapşırıq qüvvədə olan təhsil proqramı və dərsliklərdə yer alan və tapşırıqda yoxlanılması nəzərdə tutulan biliklər əsasında elmi-metodiki qaydalara uyğun şəkildə hazırlanan meyarlar əsasında qiymətləndirilə biləcək bir tapşırıqdır.

 

Məlum olduğu kimi, yazılı tapşırıqlarda şagirdlərin verdiyi cavablar cavab vərəqində yer alır və yoxlama əsnasında onların bilikləri cavablandırma üsullarından, hesablama prosesinin mərhələlərindəki qeydlərindən, səhvlərindən asılı olaraq tam, üçdə iki, yarım, üçdə bir olmaqla müxtəlif səviyyələrdə qiymətləndirilir. 5 mart tarixində keçirilən imtahanda istifadə olunan və yazılı cavab tələb edən bütün tapşırıqların qiymətləndirmə meyarları da müvafiq prosedurlar başa çatandan sonra elan ediləcək", - DİM bildirib.