Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 17:47:00
İmtahan vaxtının uzadılmasına ehtiyac duyulur - RƏY

Şagird ona təqdim olunan 85 test tapşırışını müəyyən edilən 3 saat ərzində tam olaraq cavablandırmaq imkanına malik deyil.

 

Bunu təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bildirib:

 

"Təqdim olunan 85 test tapşırığını, şagird müəyyən edilən 3 saat ərzində cavablandırmaq imkanına malik deyil. Bir haşiəyə çıxım ki, məsələn,  Elm və Təhsil Nazirliyi müəllimlərin işə qəbul imtahanının vaxtını 30 dəqqiqə artırdı. Bunu nəzərə alaq ki, onlar ali təhsilli şəxslər, yetişkin insandırlar. O səhə üzrə mütəxəsisdirlər. Onlara 2 saatdan artıq vaxt verilib. 

Dünən imtahan verənlər 16-17 yaşlı uşaqlardır, təcrübəsizdirlər. Və nəzərə alaq ki, təqdim olunan test tapşırıqları kifayət qədər uzun vaxt tələb edir. Onlar bir yox, üç müxtəlif fəndən məzmun standartlarını reallaşdırmaq üçün imtahan verirlər. Təbii ki, bu faktor, bu amil birmənalı şəkildə imtahan prosesinin nə qədər çətin olduğunu ortaya çıxarır".