Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 09:27:54
Məktəbli qızları kim zəhərləyir…

İrandakı məktəbli qızların kütləvi şəkildə zəhərlənməsi istiqamətində ciddi tədbirlər görmədiyi və cinayətkarları tapıb cəzalandırmadığına görə həm daxildə, həm də xaricdə ciddi tənqidlərə məruz qalan hökumət nəhayət səssizliyini pozdu, xaricdən olan “düşmənləri” günahlandırmağa başladı.

AzEdu.az xəbər verir ki, cümə axşamı İran prezidenti İbrahim Raisi yüzlərlə qızın zəhərlənmsində xaricdən olan İran “düşmənlərin” əli olduğunu bildirib.

Deyib ki, onlar İran xalqına qarşı psixoloji müharibə açıblar, tələbələr və valideynər arsında xaos yaratmaq istəyirlər. Prezidentin bu “düşmənlərin” hansı ölkələr olduğunu bildirməməsi heç də onların məlum olmaması anlamına gəlmir. İranın belə işlərdə istinad etdiyi iki “düşməni” var: Amerika Birləşmiş Ştatları və İsrail. O deyib: “Düşmənlər bir gün insanları küçələrə çıxarıb küçə yürüşləri təşkil edir, başqa gün təhsil sahəsində məktəblərdə problem yaradırlar. Bütün bunlara baxmayaraq insanlar ortaya çıxıb düşmənə qalib gəldi”. Bu zaman o, rejimin qalib gəlməsinin 44 illiyi ilə əlaqədar təşkil olunan mitinqləri xatırladıb.

İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian da Prezidentin ardınca qızların zəhərlənməsində xaricdən olan qüvvələri tənqid edib:
“Əziz qadınlarımızın zəhərlənmsi düşmənlərimizin bizə qarşı apardıqları hibrid müharibənin tərkib hissəsidir. Böyük İran xalqı onların tökdükləri “timsah göz yaşlarının” nəyə hesablandığını çox dəqiq bilir”, deyə nazir Tvitter hesabından bildirib. Onun dediyinə görə, əlaqədar təşkilatlar qızların zəhərlənməsində xarici qüvvələrlə əlbir olan daxildəki cinayətkarların tapılması istiqamətində ciddi iş aparır və yaxın günlərdə onlar ifşa olunacaq.

Nazirin bu vədi onu deməyə əsas verir ki, artıq bir neçə qrupu xaricdən aldıqları sifariş əsasında qızları zəhərlədiklərini boyunlarına almağa hazırlayırlar.

Qızların qeyri-müəyyən şəraitdə zəhərlənməsi hadisəsi noyabr ayının 30-da başlayıb və ilk mərhələdə Qum şəhərindəki 60 qız  məktəbini  əhatə edib. 1000-dən artıq qız zəhərlənmə diaqnozu ilə xəstəxanalara aparılıb. Artıq 11 yaşlı məktəbli qız Fatimə Rezainin zəhərlənmə nəticəsində dünyasını dəyişdiyi bildirilir.

Hakimiyyət orqanları qözların zəhərlənməsi faktının istintaqının aparılması barədə insan hüquqları üzrə beynəlxalq təşkilatların çağırışlarını İranın daxili işlərinə qarışmaq kimi qiymətləndirib. Amma hakimiyyətin bu sahədə fəaliyyətsizliyi təkcə xaricdəki insan hüquqları təşkilatları tərəfindən deyil, daxildəki tanınmış din xadimləri tərəfindən də ciddi tənqidə məruz qalır. Son hadisələr fonunda İranda daha da məşhurlaşan sünnü din xadimi Movlavi Abdulhamid də hakimiyyəti ciddi tədbir görməməkdə günahlandırıb.

İnsanlar hüquq-mühafizə orqanlarının zəhərlənmə faktının istintaqının aparılmasında maraqlı olmadığı fikrindədirlər.
Nümayişçilərin qısa müddətdə müəyyən edib dar ağacına göndərməkdə xüsusi istedad nümayiş etdirən orqanlar qızların kütləvi zəhərlənmsənin səbəbini müəyyən etməkdə acizdirlər. Çünki onlar səbəbkarı artıq bilirlər. Sadəcə, öz içindən olan bu adamların  xalqın tanımasını istəmirlər.

Amma artıq dünya ictimaiyyəti İran rejiminin öz xalqına qarşı törətdiyi bu terror hadisəsi qarşısında ciddi fəaliyyətə keçib. BMT-nin İnsan hüquqları Təşkilatı zəhərlənmə faktının ciddi araşdırılmasını və istintaqın aparılmasına beynəlxalq təşkilatların nümayəndələrinin cəlb edilməsini  İran hökumətindən tələb edib.