Azedu.az

Ali məktəblərdə dərs deyən deputatlar - UNEC-də iki nəfərdi - ADLAR+FOTO

Ali təhsil

Müəllimlər və elm adamları

2 Mart 2023, 10:39
Ali məktəblərdə dərs deyən deputatlar - UNEC-də iki nəfərdi - ADLAR+FOTO

Azərbaycanda yüksək vəzifələrdə çalışan bir sıra məmurlar, həmçinin bəzi deputatlar ali təhsil müəssisələrində dərs deyirlər.

 

AzEdu.az deputatların hansı universitetlərdə dərs dediklərini dəqiqləşdirməyə çalışıb. 

 

Bununla bağlı ilk sorğumuzu Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) ünvanladıq.

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bu universitetdə hansı deputatların dərs dediyinə aydınlıq gətirdi:

 

“Milli Məclisin deputatı Eldar İbrahimov Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat kafedrasının məsləhətçi-professorudur.

 
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə İqtisadiyyat kafedrasında müəllim- dosentdir”.

 

Açıklama yok.

Rusiya dəhşətli itkilər verdi - Şok detallar üzə çıxdı
Son xəbərlərDaha çox