
“Türkiyə hər zaman ən ağır və ən xoş günlərində ilk dəstəyi Azərbaycandan görüb. Bu matəmli günlərimizdə yenə də qardaş dəstəyini hiss etməkdəyik və buna görə başda cənab Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına təşəkkür edirik”.
AzEdu.az "Report"a istinadən xəbər verir ki, bunu Adıyaman Universitenin rektoru, professor Mehmet Turqut bildirib.
Rektor deyib ki, Azərbaycan əhalisinin də zəlzələ fəlakətinin ölkəsinin 85 milyon əhalisi ilə barəbər sarsıntılarını yaşadığına inanır:
“Mən Azərbaycanla Türkiyəni bir canda axan iki qan damarı hesab edirəm. Necə ki, illərdir Azərbaycanın işğal altında qalan torpaqlarının azad edilməsinə biz Türkiyə olaraq mənəvi dəstək verdik, hər ağır günümüzdə Azərbaycan da dövlət və xalq olaraq yanımızdadır. Mən İlham Əliyevi öz xalqı kimi səxavətli, mərd, cəsur bir insan olaraq xarakterizə edirəm və belə bir oğulu yetişdirdiyinə görə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm”.
Mehmet Turqut Türkiyə və Azərbaycan insanlarının birlik-bərabərlik ruhu, türk dünyasının dəstəyi və dövlətinin qüdrəti ilə yaşadıları ağır fəlakətdən tezliklə xilas olacaqlarına inandığını qeyd edib.
Hazırda Türkiyəyə dünyanın demək olar ki, əksər ölkələrindən dəstək gəldiyini bildirən rektor humanist mövqeli isanlara da təşəkkürünü bildirib:
“İçində insanlıq hisslərini yaşadan, humanist mövqeli bütün insanlardan Allah razı olsun”.
kitabı







