Azedu.az

UNEC komandası “CoolBrain” intellektual oyunun qalibi oldu

Ali təhsil

17 Fevral 2023, 16:05
UNEC komandası “CoolBrain” intellektual oyunun qalibi oldu

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qaliblərindən olan "CoolBrain" intellektual oyunu keçirilib.

 

AzEdu.az xəbər verir ki, oyunun əvvəlində layihə rəhbəri Aqil Quliyev gəncləri yarışın mərhələləri və qaydaları ilə tanış edib. UNEC Tələbə Gənclər Təşkilatının əməkdaşlığı ilə 2 gün davam edən layihədə müxtəlif universitetlərin intellektual klublarının komandaları iştirak edib. Yarışın finalında UNEC-in "Qəzəlxan" komandası qalib olub.

 

Qalib komanda medal, kubok və hədiyyələrlə təltif ediliblər.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox