Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 15:51:00
Magistratura imtahanında dil seçimi necə aparılır? - Rəsmi CAVAB

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər ixtisas seçimində iştirak etmək imkanı əldə edirlər.

 

Bəs ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı xarici dili ingilis dili olan bakalavr magistratura imtahanında xarici dili kimi başqa dil seçimi edə bilər?

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, bakalavrlara imtahan verəcəkləri dili seçmək hüququ, yalnız imtahanın birinci mərhələsindən əvvəl elektron ərizə doldurularkən verilir. Məlumatda qeyd olunur ki, imtahanın hər iki mərhələsi də həmin dildə verilməlidir.

 

Yəni elektron ərizənizdə hansı xarici dili seçsəniz, imtahanın iki mərhələsini də həmin dildə verməlisiniz.

 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 19 fevral 2023-cü il tarixində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirəcək.