Azedu.az

Deputat UNEC-in fonduna 80 kitab verdi

Ali təhsil

17 Fevral 2023, 13:50
Deputat UNEC-in fonduna 80 kitab verdi

Deputat, UNEC yanında İctimai Nəzarət Şurasının sədri Etibar Əliyev növbəti dəfə Kitabxana-İnformasiya Mərkəzinə Azərbaycan və rus dillərində 80 kitab hədiyyə edib.

 

AzEdu.az xəbər verir ki, kitablar arasında AMEA-nın 70 illiyinə həsr olunmuş və akademiyanın təsis edilməsində əvəzsiz xidmətləri olan akademiklər barədə silsilə nəşrlər, türkşünaslıq, türk sivilizasiyasının təməl dəyərləri, türk xalqları, dövlətçilik tarixi, türk dünyasının tarixi şəxsiyyətlərindən bəhs edən “Türk dünyası” adlı kitablar, dünya ədəbiyyatının incilərindən nümunələr, lüğətlər, Qarabağ tarixi, fəlsəfə, iqtisadiyyat, özünüinkişafla bağlı dəyərli nəşrlər yer alıb. 

 

Kitablarla yaxından tanış olmaq istəyənlər Kitabxana-İnformasiya Mərkəzinə müraciət edə bilərlər.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox