Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 12:44:00
Bu cizgi filmləri uşaqlara mənfi təsir edir - ARAŞDIRMA

Uşaqlar cizgi filmlərindən həyatı öyrənirlər. Cizgi filmləri uşaqların inkişafına həm müsbət, həm də mənfi istiqamətdə öz təsirini göstərə bilər. Uşaqların qəhrəmanları bəzən səhv hərəkətlər edə bilirlər. Hətta bəzən bunu etməsələr də, "səhv" kimi görünə bilər.

 

AzEdu.az dünyanın müxtəlif ölkələrində qadağan olunmuş 13 cizgi filmini sizə təqdim edir. 

 

"SpongeBob"  (ABŞ)

Dünyanın ən məşhur cizgi filmlərindən biri olan "SpongeBob" "SquarePants Nickelodeon"un ən çox izlənilən serialı idi, lakin bəzi epizodlar məhdudiyyətləri aşdığı üçün qadağan edilib. ”Orta yaşlı xərçəng” bölümü 2018-ci ildən bəri yayımlanmır.

 

"Pokemon" (Türkiyə)

 

"Pokemon"un 38-ci seriyasındakı 12 Hz tezliyində parlaq mavi və qırmızı yanıb-sönən işıqların uşaqların sağlamlığına zərər verdiyi iddiası müzakirələrə səbəb olub.  “Pokemon şok” adlanan bu hadisədən sonraki epizod Yaponiya, Türkiyə və Yaxın Şərq ölkələrində qadağan edilib.

 

"Batman" (ABŞ)

Televiziya tarixinin ən çox baxılan animasiyalarından biri olan "Batman: cəsur və cəsarətli"nin ikinci sezonunun 24-cü bölümündə “Yırtıcı quşlar” ilə birlikdə oxuduğu mahnıda ədəbsiz cümlələr olduğu üçün qadağan edilib. Heç vaxt televiziyada yayımlanmayan bu bölüm serialın DVD dəstinə “bonus” olaraq əlavə edilib. 

 

"Peppa Pig" (Çin)

Demək olar ki, tamamilə uşaq tamaşaçıları cəlb edən "Peppa Pig", onlar üçün "təhlükə" yaratdığına görə Çində qadağan edilib. Bildirilib ki, "Peppa Pig"in ölkədə, mahnı sözlərində və tatuajlarda uyğunsuz şəkildə yayılması iğtişaş yaradıb. 

 

"Mikki Maus" (İngiltərə)

 

Britaniya məhkəməsi "Mikki Mouse"un “Dəli həkim” bölümündə qorxulu epizodlar olduğuna görə onu qadağan edib.  Ümumiyyətlə, "Mikki mous"un bəzi bölümlərində uşaqları qorxuda biləcək bir çox nüansların olduğunu qeyd ediblər.

 

"Kiçik Toonun macəraları" (ABD)

 

1990-cı illərdən bəri yayımlanan "Kiçik Toonun macəraları" çizgi filiminin bir bölümündə qəhrəmanlar  spirtli içkidən istifadə etdiklərinə görə izlənilməsi qadağan edilib. Bölümdə üç dostun uçurumdan atılıb səmaya qalxmazdan əvvəl sərxoş vəziyyətdə yaşadıqları macəralarından söhbət gedirdi. Uşaqların sevdikləri personajda məsuliyyətsiz davranış görməməsi üçün edilən bu senzuraya görə çizgi filminin  televiziyada yayımlanması dayandırılıb.

 

"Bugs Bunny" (Kanada)

 

1998-ci ildə Kanada bu çizgi filmi cinsiyyətçiliyi və qadın düşmançılığını təlqin etdiyinə görə, qadağan edib.

 

"Simpsonlar" (Rusiya)

 

Bu cizgi film ailə qruluşu ilə bağlı uşaqlara mənfi nümünələr göstərir. Buarda qətl və zorakılıq təsvirləri yumoristik şəkildə təqdim edilir. Bəzi tədqiqatçılar bu cizgi filminin uşaqlarda depressiyaya səbəb ola biləcəyini bildiriblər.