Azedu.az

Bakı Mühəndislik Universitetində yaz semestri başlayıb

Ali təhsil

16 Fevral 2023, 12:17
Bakı Mühəndislik Universitetində yaz semestri başlayıb

Bakı Mühəndislik Universitetində (BMU) 2022/2023-cü tədris ilinin yaz semestri başlayıb.

 

AzEdu.az xəbər verir ki, universitetin Akademik təqviminə uyğun olaraq, bakalavriat və magistratura səviyyələrində dərslərin cari ilin 31 may tarixinə qədər davam etdirilməsi nəzərdə tutulur. Yaz semestrinin imtahan sessiyası isə 01 iyun-05 iyul tarixlərində keçiriləcək.

 

Qeyd edək ki, 2-ci semestrlə bağlı hazırlanmış dərs cədvəlləri öncədən tələbələrin şəxsi kabinetlərinə, eyni zamanda kafedraların elan lövhələrinə yerləşdirilib.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox