Azedu.az

BMU tələbələri Türkiyəyə yardım kampaniyasında...

Ali təhsil

14 Fevral 2023, 15:10
BMU tələbələri Türkiyəyə yardım kampaniyasında...

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Türkiyə Respublikasında dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün yardım toplama kampaniyasında fəal iştirak edir.

 

AzEdu.az xəbər verir ki, fevral ayının 7-dən bu aksiyaya qoşulan BMU könüllüləri ilk iki gün Əl Oyunları Sarayında, hazırda isə Heydər Əliyev adına İdman Kompleksində fəaliyyət göstərirlər.

 

Tələbələr əsasən 4 istiqamət üzrə - çeşidləmə, toplama, paketləmə və daşınma prosesinə cəlb olunublar.

 

Qeyd edək ki, BMU-nun əməkdaş və tələbələrinin Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə könüllü dəstək (Bankın adı: Kapital Bank/Kart hesabı: 4169 7388 7153 2994) kampaniyasında da yüksək fəallığı müşahidə edilir (//beu.edu.az/az/article/baki-muhendislik-universitetinin-turkiyeye-yardim-etmek-isteyen-emekdas-ve-telebelerinin-nezerine-1462).

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox