Azedu.az

Türk dünyası iqtisad fakültəsinin dekanı UNEC-ə gəldi

Ali təhsil

14 Fevral 2023, 13:50
Türk dünyası iqtisad fakültəsinin dekanı UNEC-ə gəldi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Türk dünyası iqtisad fakültəsinin (TUDİFAK) rəhbərliyi və akademik heyəti ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki,  rektor TUDİFAK-da yüksək pedaqoji potensialın, milli dəyərlərə bağlılığın olduğunu bildirərək, bundan qürur duyduğunu ifadə edib. Bildirib ki, əsas hədəf ölkədə Türkiyə türkcəsində yeganə olaraq ali təhsil verən TUDİFAK-ı ali təhsildə keyfiyyət modelinə çevirməkdir.

 

Görüşdə dekan Mehmet Yüce fakültədə görülən işlər barədə hesabatla çıxış edib. Hesabatda fakültəyə tələbə qəbulu planının, keçid balı, müəllim-tələbə mübadiləsi, elmi nəşrlər, beynəlxalq layihə və konfranslar barədə məlumat verilib. Həmçinin gələcək hədəflərdən bəhs olunub.

 

Sonra fakültənin gələcək inkişaf istiqamətləri barədə müzakirələr aparılıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox