Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçən Prezident təqaüdçülərinin sayı son 4 ildə 18 dəfə artıb.
AzEdu.az xəbər verir ki, 2014-2015-ci tədris ilində Prezident təqaüdçülərinin sayı 1 nəfər olduğu halda, 2018-2019-cu tədris ilində bu göstərici 18 tələbəyə yüksəlib.
Başqa sözlə, II ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin 75%-i məhz UNEC-ə üstünlük verib.
Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər sırasında Prezident təqaüdçülərinin sayına görə UNEC birinci yerdədir.