Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-02 09:25:00
Ali təhsil müəssisələrində əmək bazarının tələbləri nəzərə alınmır - RƏY

Dövlət Məşğulluq agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli bir müddət öncə günümüzdə təhsil ocaqlarının əmək bazarının tələblərinə cavab vermədiyini bildirib.

 

Bəs təhsil ocaqlarının əmək bazarının istəklərinə cavab verməməsinin səbəbi nədir? Bu problemi aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında ali təhsil müəssisələrinə qəbul zamanı əmək bazarının tələb və istəklərinin nəzərə alınmadığını bildirib:

 

“Azərbaycanda 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Etiraf edə bilərik ki, bu gün Azərbaycan ali təhsil müəssisələrinin bir çoxu əmək bazarının tələblərinə cavab vermir. Bunun əsas səbəbi isə ali təhsil müəssisələrinə qəbul zamanı əmək bazarının tələb və istəklərinin nəzərə alınmamasıdır.

 

Hesab edirəm ki, əmək bazarı yenidən təhlil olunmalıdır. Hansı ixtisaslar üzrə kadrlara ehtiyac duyulursa, həmin ixtisas üzrə qəbul həyata keçirilməlidir. Bu gün heç bir planlaşdırmaya ehtiyac yoxdur. Ali təhsil müəsissələri dövlət orqanları, özəl sektor, digər xidmət sahələrinə kadr hazırlayır. Bütün hallarda əmək bazarının tələbləri, ixtisaslar üzrə tələb olunan bilik və bacarıqlar araşdırılmalıdır”.

 

“Müəllimlərin işə qəbul imtahanı nəticəsinə nəzər saldıqda nəticənin kifayət qədər aşağı olduğunu görə bilərik”:

 

“Bir tədris ilində ali təhsil müəssisələrinə qəbul olan mütəxəsislərin 4 il sonra sadəcə 42 faizi ixtisası üzrə fəaliyyət göstərə bilir. Bu onun göstəricisidir ki, ali təhsil müəssisələrində əmək bazarının tələbləri nəzərə alınmır. Müəllimlərin işə qəbul imtahanı zamanı pedoqoji ixtisası bitirən şəxs yüksək bal toplayır, amma o sinifi idarə etməyi bacarmır.

 

Ekspert son olaraq, qeyd edib ki, ali təhsil müəssisələrinin tədris proqramı yenilənməlidir. Bizim ali təhsil müəssisələri hələ də keçmiş metodlardan istifadə edir. Bu gün əmək bazarında xarici universitet məzunlarına bizim məzunlardan daha çox önəm verilir”.