Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-01 12:51:00
Mülki müdafiə şöbəsində seminar-məşğələ keçirilib

AzEdu.az xəbər verir ki, fevralın 1-də AMEA-nın Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsində Mülki Müdafiə üzrə tədbirlər planına uyğun olaraq seminar-məşğələ keçirilib.

 

Seminar-məşğələdə AMEA-nin elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə qərargah rəisləri və hərbi uçot, bronetmə işlərini aparan İnsan resusları şöbələrinin mütəxəssisləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan şöbənin rəisi Oqtay Fərzəliyev gündəlikdə duran məsələlər barədə məlumat verib. O, il ərzində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin 2023-cü il üçün təşkilati göstərişlər barədə 24 oktyabr və 2 dekabr 2022-ci il tarixli sərəncamlarından irəli gələn tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

 

Daha sonra Oqtay Fərzəliyev 1 Mart - Beynəlxalq Mülki Müdafiə Gününün keçirilməsi üçün başlıca mövzunu və hazırlıq işlərinin aparılması məsələlərini diqqətə çatdırıb.

 

Seminarın ikinci hissəsində şöbənin mütəxəssisi Bahar Həsənova AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi uçotun aparılması, səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsi, illik statistik hesabatın (Forma № 6) düzgün doldurulması və bir sıra nöqsanları qeyd edib, onların təkrarlanmaması üçün zəruri tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini bildirib.

 

Daha sonra normativ hüquqi aktlarla, sənədlərin qanunvericiliyin tələblərinə uyğun icra olunması haqqında məlumat verilib.

 

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK