Erasmus+ mübadilə proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində mübadilədə iştirak etmək istəyən UNEC əməkdaşları aşağıda qeyd olunan sənədləri 30 yanvar tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər:
AzEdu.az lazım olan sənədləri təqdim edir:
Cv(ingilis dilində)
Çap olunmuş elmi əsərlərin siyahısı
Akademik fəaliyyəti haqqında qısa (1 səhifəni keçməmək şərti ilə) məlumat
Qeyd: Elektron məktubu göndərərkən başlıq hissəsində «UNEC əməkdaşları üçün Erasmus» yazılmalıdır. Başlıq hissəsi düzgün qeyd olunmayan elektron məktublar nəzərə alınmayacaqdır.