Azedu.az

UNEC-də “Oriyentasiya günü” təşkil olunub  

Ali təhsil

14 Sentyabr 2018, 14:36
UNEC-də “Oriyentasiya günü” təşkil olunub  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) sentyabrın 14-də “Oriyentasiya günü” keçirilib.

AzEdu.az xəbər verir ki, dünya universitetlərində hər il təşkil olunan “Oriyentasiya günü”nün məqsədi birinci kurs tələbələrini universitet həyatı ilə tanış etməkdir.

Gün ərzində tələbələr üçün UNEC barədə təqdimatlar keçirilib, məlumat və bələdçi xidməti fəaliyyət göstərib. Eyni zamanda, tələbələrin ifasında musiqi, əyləncəli oyunlar, stolüstü tennis, rəsm sərgisi təşkil olunub. UNEC-in Karyera Mərkəzi universitet sıralarına yeni daxil olan tələbələr üçün məsləhətlər də təşkil edib.

“Oriyentasiya günü” UNEC-in bütün tədris binalarında təşkil olunub.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox