Azedu.az

AzTU-nun basketbol komandası 6-cı turu da qələbə ilə başa vurub

Ali təhsil

21 Yanvar 2023, 15:51
AzTU-nun basketbol komandası 6-cı turu da qələbə ilə başa vurub

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) idman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.

 

AzEdu.az xəbər verir ki , liqanın 6-cı turunda AzTU komandası Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası ilə qarşılaşıb. Oyun 99:48 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.

 

Xatırladaq ki, liqanın oyunlarında AzTU, UNEC, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universitetinin komandaları iştirak edir.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox