Azedu.az

UNEC-də “20 Yanvar - Ümumxalq hüzn günü” adlı virtual sərgi keçirilib

Ali təhsil

19 Yanvar 2023, 13:18
UNEC-də “20 Yanvar - Ümumxalq hüzn günü” adlı virtual sərgi keçirilib

UNEC Kitabxana İnformasiya Mərkəzi “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı UNEC-in tədbirlər Planı”na uyğun olaraq struktur kitabxanalarında 20 Yanvar hadisələrinə həsr edilmiş kitablar və dövri nəşrlərdən ibarət müvafiq guşələr yaradılıb, xüsusi poster hazırlanıb və Mərkəzin veb səhifəsində virtual sərgi təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, 20 yanvar faciəsi ilə bağlı müxtəlif nəşrlərin, məlumatlandırıcı materialların, o cümlədən hadisəni əks etdirən fotoların yer aldığı guşələr təhsilalanların marağına səbəb olmuş və onlarla 20 yanvar faciəsi barədə müzakirələr aparılıb.

 

UNEC Kitabxana İnformasiya Mərkəzinin veb səhifəsində təşkil olunan “20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜ” adlı virtual sərgidə isə müxtəlif müəlliflərin fikirləri və araşdırmaları yer almış əsərləri təqdim edilib (//library.unec.edu.az/virtual-s-rgi/virtual-s-rgi-4).

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox