2018/2019-cu tədris ili üçün Azərbaycan Dillər Universitetinə (ADU) qəbul olunmuş tələbə və magistrlərin sayı açıqlanıb. ADU-dan AzEdu.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında 1432 abituriyent bu ali məktəbin bakalavriat, 242 tələbə isə magistratura pilləsinə qəbul olunub.
Bakalavriat pilləsinə qəbul olunanlardan 527-si 401-500 bal, 289-u 501-600, 296-sı isə 600 baldan yuxarı nəticə göstərib.