Azedu.az

Texniki Universitetdə imtahan prosesi davam edir

Ali təhsil

9 Yanvar 2023, 17:34
Texniki Universitetdə imtahan prosesi davam edir

Yanvarın 9-da qarlı hava şəraitinə baxmayaraq, Azərbaycan Texniki Universitetində (AzTU) imtahan prosesi davam edir.

 

Bu barədə  AzEdu.az-a universitetin mətbuat katibi Sevinc İskəndərova məlumat verib. O qeyd edib ki, sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə fevralın 3-dən 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

 

Qeyd edək ki, sessiya fevralın 1-də yekunlaşacaq. İmtahanlarda 10 min 200 tələbə iştirak edir.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox