Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-09 12:27:00
“Hər birimiz təhsillə bağlı məsələlərə çox həssas yanaşmalıyıq”- Ceyhun Məmmədov

 

 

AzEdu.az Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədovun son zamanlar ən çox müzakirə olunan təhsil məsələləri ilə bağlı yazısını təqdim edir:

 

Bir neçə gündür sosial şəbəkələrdə İmişlidə müəllimin məktəbdə ayaqyolunda şəraitin yaxşı olmaması ilə bağlı şagirdlərə çağırış etməsi geniş müzakirə olunur. Burada bir neçə vacib məqama toxunmaq istəyirəm.

 

Milli Məclisdə 2023-cü ilin büdcəsi müzakirə olarkən bu məsələyə diqqəti çəkmişdim. Son illər ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən ölkəmizdə yüzlərlə məktəb təmir və bərpa olunub və bu gün də bu işlər uğurla davam etdirilir. Ölkə rəhbərliyin təhsilimizə diqqət və qayğısı ən yüksək səviyyədədir. Yeni açılan STEAM və uşaq-yaradıcılıq mərkəzləri bu fikri bir daha təsdiq edir.

Ancaq onu da qeyd edək ki, bu gün bölgələrdə 1000-ə yaxın məktəb təmirsiz vəziyyətdədir. Bölgələrdə həqiqətən çox bərbad vəziyyətdə olan məktəblər var. Bölgələrə səfərim zamanı bunu dəfələrlə müşahidə etmişəm hətta aidiyyəti qurumlara müraciətlər də ünvanlamışam. Onların sürətli şəkildə təmirinə ciddi ehtiyac var.

Töhmət məsələsinə gəldikdə müəllimin uşaqlara məktəbə gəlməməklə bağlı çağırış etməsi düzgün deyil və qanun pozuntusudur. Ola bilsin müəllim əsəbləşib belə mövqe sərgiləyib. Müəllimə töhmət bu məqsədlə də verilə bilər.

 

Əgər töhmət müəllimə məsələni ictimailəşdirdiyinə görə verilibsə bu qəbuledilməzdir. Bütün hallarda məsləyə vaxtında reaksiya verilib həmin ayaqyolu təmir edilməlidir. Bütün hallarda isə biz müəllimlərimizi sevməli və onları qorumalıyıq.

Ümumiyyətlə aidiyyəti dövlət qurumları belə məsələlər vaxtında və operativ reaksiya verməlidir ki, müzakirələr yanlış istiqamət getməsin. Təhsil hamımızın işidir. Hər birimiz təhsillə bağlı məsələlərə çox həssas yanaşmalıyıq.

 

Sonda onu da qeyd edim ki, dövlət qurumları öz fəaliyyətlərində ictimaiyyətin haqlı narazılığını və fikirlərini nəzərə almalıdırlar. Zamanında verilməyə reaksiyalar dövlət qurumlarının özlərinin fəaliyyətini zədələyir. Burada söhbət bütün dövlət qurumlarından gedir. Təəssüf ki son vaxtlar bəzi dövlət qurumlarının fəaliyyətinə bu həssaslıq heç də həmişə müşahidə olunmur.